Anar Bağırov vətəndaş qəbulu keçirib

22-11-2025, 15:34 10 dəfə baxılıb

 

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulu keçirilib.

"Azerinews.az" bildirir ki, kollegiyanın inzibati binasında baş tutan qəbulda Bakı şəhərindən və respublikanın müxtəlif bölgələrindən gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər diqqətlə araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.

Qəbul zamanı vətəndaşların üzləşdiyi hüquqi problemlərin həlli yolları ətraflı müzakirə edilib, onlara izahlar, praktiki tövsiyələr və hüquqi məsləhətlər verilib. Eyni zamanda bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031