Bakıda TDT-yə üzv ölkələrin nazirləri görüşəcək

25-11-2025, 17:29 11 dəfə baxılıb

 

Dekabrın 5-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.

“Azerinews.az” xəbər verir ki, tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin rəsmilərinin iştirakı nəzərdə tutulub.

Təşkilata üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031