Bakı və İslamabad müdafiə sənayesi və energetika sahəsində əməkdaşlığı aktivləşdirəcək

26-11-2025, 11:03 10 dəfə baxılıb

 

Pakistan və Azərbaycan ikitərəfli ticarət və investisiya əməkdaşlığını müzakirə edib.

"Azerinews.az"ın Pakistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müzakirələr İslamabadda Baş nazir Şahbaz Şərifin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı baş tutub.

Ş.Şərif görüşdə Pakistanın Azərbaycanla birgə paritet əsasda investisiya şirkətinin yaradılması təklifini yenidən təsdiqləyib.

Baş nazir, həmçinin Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Pakistanın neft və qaz sektorunda əlverişli investisiya imkanlarından istifadə etməyə çağırıb. Ş.Şərif Transxəzər nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın rolunu da yüksək qiymətləndirib.

O, həmçinin regional enerji dinamikasını dəyişdirmək və vacib bazarlarda qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyan "Ağ neft kəməri" layihəsinə Azərbaycanın strateji marağını alqışlayıb.

Məlumata görə, Mikayıl Cabbarov öz növbəsində neft və mineral ehtiyatlar, südlük istiqamətli heyvandarlıq, infrastruktur sahələrində investisiya və əməkdaşlıq imkanlarını qeyd edib və 2025-2028-ci illər üçün ticarət, iqtisadiyyat, sənaye və investisiya sahəsində əməkdaşlıq üzrə Yol xəritəsinin hazırlanmasının tamamlanmasının vacibliyini vurğulayıb.

"Görüşün yekunları üzrə tərəflər müdafiə, energetika, infrastruktur, heyvandarlıq, mehmanxana biznesi və informasiya texnologiyaları kimi sahələrdə iqtisadi mübadilələrin diversifikasiyası üçün səyləri artırmağı razılaşıblar", - məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031