Sahibə Qafarovanı Ermənistana dəvət etmək istəyir sahibe-qafarovani-ermenistana-devet-etmek-isteyir

26-11-2025, 14:51 9 dəfə baxılıb

 

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət etməyi planlaşdırır.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə A.Simonyan jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycana səfər etməyə hazır olduğunu da qeyd edib: “Mən lazım olan vaxtda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı hansısa formatda Ermənistana dəvət etmək niyyətindəyəm”.

Simonyan Azərbaycana səfərə dəvət alıb-almamağı ilə bağlı suala isə “xeyr” cavabını verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031