Vəhid Cəlalzadə: "İran və Azərbaycan xalqları arasında dərin əlaqələr dəyərli sərvətimizdir"

27-11-2025, 13:39 12 dəfə baxılıb

 

"Bakıya səfərim zamanı və Azərbaycan rəsmiləri ilə danışıqlarımda bir daha əmin oldum ki, xalqlarımız arasında çoxsaylı ortaq cəhətlər və dərin tarixi əlaqələr mövcuddur".

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin konsulluq məsələləri, parlament münasibətləri və xaricdəki iranlıların işləri üzrə müavini Vəhid Cəlalzadə Azərbaycana səfəri ilə bağlı özünün "X" hesabında yazıb.

O bildirib ki, bu əlaqələr etimad və ortaq maraqlara əsaslanan münasibətlərin qurulması üçün dəyərli imkan yaradır ki, bu da həm iki xalqa, həm də bütün regiona sülh, təhlükəsizlik və rifah gətirə bilər.

Qeyd edək ki, Cəlalzadə səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslərlə görüşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031