Xankəndi sakinləri İlham Əliyevə dəstək nümayiş etdiriblər

8-02-2024, 13:14 5 dəfə baxılıb

Növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatdıqdan sonra Xankəndi sakinləri İlham Əliyevin səs çoxluğu ilə qalib gəlməsi münasibətilə avtoyürüş keçirib.

"Zirvə yolu"nun məlumatına görə, sakinlər "exit-poll"un nəticələrini bildikdən sonra avtoyürüş keçiriblər.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930