“BBC News Azərbaycanca” seçkini neqativ planda təqdim etməyə çalışıb

8-02-2024, 13:46 2 dəfə baxılıb

 

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri günü bir sıra sosial şəbəkələrdə səsvermə ilə bağlı manipulyativ xarakterli informasiya videoları yayılıb.

“Azerinews.az”ın məlumatına görə, məqsədli şəkildə hazırlanmış bu videolar ictimai rəyi çaşdırmağa hesablanıb.

BBC-nin Azərbaycan xidməti də bütün reportajlarında seçkilərə yalnız neqativ fon verməyə çalışması azmış kimi, öz ofisində repartyorlarının iştirakı ilə təşkil etdiyi “müzakirə”də də bu kursunu davam etdirib.

Belə ki, seçkilər başa çatmamış BBC artıq seçkinin bitdiyini titrində göstərməklə müxbirlərinin təəssüratlarını paylaşıb və səsvermənin nəticələrini neqativ planda təqdim etməyə çalışıb. Lakin BBC-nin “newsmaker”ləri çəkdikləri materialda dəfələrlə kameraya düşən, öz ofislərinin divarından asılmış saatı yaddan çıxarıblar. Saat isə 14:10-u göstərir, yəni hələ səsvermənin getdiyi, MSK-nın və hatta “exit poll”un belə nəticələrini açıqlamadığı halda BBC artıq səsvermənin nəticələrini müzakirəyə çıxarır.

“BBC News Azərbaycanca” informasiya manipulyasiyasi ilə məşğul olur. Bu, media etikasi ilə, BBC-nin bütün dünyaya nümunə göstərdiyi öz peşə davranış qaydaları ilə birbaşa ziddiyyət təşkil etməklə yanaşı, Azərbaycana qarşı əvvəlcədən verilmiş təlimatlarla qərəzli kampaniya aparmasının göstəricisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930