İrəvanla Brüssel Ermənistandakı Aİ missiyası barədə razılığa gəldilər

3-12-2025, 17:09 5 dəfə baxılıb

 

İrəvan və Brüssel Avropa İttifaqı müşahidə missiyasının (EUMA) Azərbaycanla sərhəddə iştirak müddəti ilə bağlı razılığa gəliblər.

"Azerinews.az" xəbər verir ki, sözügedən məqam 2 dekabr 2025-ci ildə Brüsseldə qəbul olunmuş və bu gün Ermənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş "Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyi" adlı sənəddə əksini tapıb.

Tərəflər missiyanın ərazidə qalma müddətini Ermənistanın tələb və ehtiyacları ilə bağlayırlar.

"Azərbaycanla sərhəd boyunca təhlükəsizliklə bağlı müşahidələrin aparılması və hesabatların hazırlanması, Ermənistanın münaqişənin təsir etdiyi bölgələrində təhlükəsizliyi bərqərar etmək və regionda sülhə və stabilliyə dəstək üçün etimadı möhkəmləndirmək məqsədilə Ermənistandakı Aİ missiyasının (EUMA) tam operativ potensialını təmin etmək. Zəruri olduğu müddətcə EUMA-nın mövcudluğunu saxlamaq", - sənəddə qeyd olunur.

Xatırladaq ki, EUMA 20 fevral 2023-cü ildə fəaliyyətə başlayıb. Aİ Şurası 30 yanvar 2025-ci ildə Ermənistandakı müşahidəçi mandatının müddətinin iki il - 19 fevral 2027-ci ilədək uzadılmasına qərar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930