Seneqallı ekspert: "Azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı ədalət və sülhün bərpasıdır"

5-12-2025, 13:15 9 dəfə baxılıb

 

"Seneqalın beynəlxalq əməkdaşlıq üzrə eksperti kimi Qərbi Azərbaycan İcmasını və azərbaycanlıların öz torpaqlarına ləyaqətli qayıdışını dəstəkləmək üçün Bakıya gəlməkdən çox məmnunam".

Bunu açıqlamasında seneqallı ekspert Cili Mbaye Fal Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində deyib.

O bildirib ki, mədəni irs xalqlar arasında dialoqun, qarşılıqlı anlaşmanın və barışığın təşviqində mühüm rol oynayır:

"Mən Bakıya Prezident İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın və Azərbaycan xalqının sülh və təhlükəsizlik naminə göstərdiyi böyük liderliyi dəstəkləmək üçün gəlmişəm. Hesab edirəm ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı Qafqazda və ümumilikdə beynəlxalq münasibətlərdə ədalət və sülhün bərpasıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031