Hikmət Hacıyev və Armen Qriqoryan Doha forumu çərçivəsində bir araya gəldilər

6-12-2025, 16:13 12 dəfə baxılıb

 

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha forumu çərçivəsində "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirəsində iştirak ediblər.

"Azerinews.az"  xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib.

"Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi baxımından sülhün iqtisadi faydası, əlaqələrin qurulması, etimad quruculuğu tədbirləri və s. istiqamətdə atılan addımları müzakirə etdik.

Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək üçün güclü niyyətini vurğuladım", - paylaşımda qeyd olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031