Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşüblər

11-12-2025, 12:05 8 dəfə baxılıb

 

Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib.

“Azerinews.az” bildirir ki, Azərbaycan HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

“Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycan HDQ-sinin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, “S-101 ENC” xəritələrinin hazırlanması, eləcə də “S-100” çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər.

Tərəflər bu kimi görüşlərin Azərbaycan və Türkiyə arasındakı mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər”, – məlumatda vurğulanıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031