ATƏT və Ermənistanın "gizli oyunu" - Qarabağı masada bölmək cəhdi necə iflas etdi?

15-12-2025, 10:22 8 dəfə baxılıb

 

"Qarabağ xronikası" verilişində Qarabağ münaqişəsinin diplomatik tarixində üzərindən adətən sükutla keçilən mühüm bir məqama diqqət çəkilib.

Bildirilib ki, söhbət ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş sammitindən və həmin sammit çərçivəsində qəbul edilən sənədlərdən gedir.

Qeyd olunub ki, məhz Lissabon sammitində beynəlxalq ictimaiyyət ilk dəfə sülhün vahid və aydın formulunu müəyyənləşdirməyə cəhd göstərib. Lakin Ermənistan bu formulu açıq şəkildə bloklayaraq Avropa qitəsinə, beynəlxalq konsensusa və təhlükəsizlik arxitekturasının əsasını təşkil edən diplomatiya qaydalarına nümayişkaranə şəkildə meydan oxuyub.

Verilişdə vurğulanıb ki, bu qənaət Ermənistan hökumətinin dərc etdiyi növbəti arxiv sənədlərinin - ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatının və erməni nümayəndə heyətinin həmin bəyanata göndərdiyi cavab məktublarının təhlili əsasında formalaşıb. Həmin sənədlər münaqişənin "çətin həll olunan problem" kimi təqdim edilməsinin mif olduğunu və prosesin məqsədli şəkildə dalana dirəndirildiyini üzə çıxarır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031