Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

15-12-2025, 13:09 5 dəfə baxılıb

 

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-də Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub.

Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməsi öz əksini tapıb.

“Azerinews.az” məsələyə aydınlıq gətirmək üçün Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən müraciətimizə cavab olaraq bildirilib ki, Anım Günündə müraciət edən vətəndaşlar nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev tərəfindən yerindəcə qəbul olunub və müraciətləri baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə təqdim olunub: “Müraciətlərin mahiyyəti Maliyyə Nazirliyinin fəaliyyət dairəsinə aid olmadığı nəzərə alınaraq, araşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib”.

Xatırladaq ki, Sahil Babayev 2018-ci ildən bu ilin fevralına qədər əmək və əhalinin sosial müdafiəsi naziri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031