Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - Fotolar

19-12-2025, 17:49 7 dəfə baxılıb

 

Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycanın Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

“Azerinews.az” xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlığın dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyi vurğulanıb.


Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə-Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir. Media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930