Ceyhun Bayramov monteneqrolu həmkarı ilə görüşdü - Fotolar

20-12-2025, 14:00 7 dəfə baxılıb

 

Xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə təkbətək görüş keçirib.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

İkitərəfli görüşdən sonra geniştərkibli görüş baş tutub.

Nazirlər Azərbaycan-Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.

Yüksəksəviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Monteneqro Prezidenti Yakov Milatoviçin səfərinin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm rol oynadığı vurğulanıb.

Ticarətin genişləndirilməsinin, investisiyaların təşviqinin və birgə layihələrin irəlilədilməsinin vacibliyi qeyd edilib. Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səmərəli istifadəsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Turizm, mədəniyyət və təhsil sahələrini əhatə edən humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi qeyd olunub. Hər iki tərəf bu sahələrdə mübadilələrin genişləndirilməsini məmnunluqla qarşılayıb.

Nazirlər həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər.

Regional məsələlərə də toxunulub. Bundan əlavə, C.Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma və davamlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə həmkarını məlumatlandırıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930