Əli Əsədov Monteneqro baş nazirinin müavini ilə görüşüb

20-12-2025, 17:58 5 dəfə baxılıb

 

Azərbaycanın Baş naziri Əli Əsədov Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930