Ruslan Eyyubov bu maddələrlə - İttiham olunur

23-12-2025, 16:59 7 dəfə baxılıb

 

Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ruslan Eyyubovun hansı cinayətlərdə ittiham edildiyi məlum olub.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, R. Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir. 

Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930