Ruslan Eyyubov narazıdır - Yenə məhkəməyə çıxacaq

26-12-2025, 11:16 8 dəfə baxılıb

 

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov apellyasiya şikayəti verib.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, onun şikayətinə bu gün baxılacaq.

Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, Ruslan Eyyubovun həbsdən azad edilməsi istənilir.

Ruslan Eyyubovun müdafiəsini tanınmış vəkil Muxtar Mustafayev həyata keçirir. Həmin vəkil bundan əvvəl “Dəmirçi Plaza”nın sahibinin oğlu Qafar Dəmirçinin, eləcə də çoxsaylı məmur və iş adamlarının müdafiəçisi olub.

Qeyd edək ki, R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.  Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031