Azərbaycan XİN-dən Monteneqronun viza qərarına REAKSİYA

30-12-2025, 08:00 5 dəfə baxılıb

 

Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub.

"Azerinews.az"xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Qurumdan verilən cavabda deyilir ki, Monteneqro uzun müddətdir birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi.

"Hazırda, Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı il yanvarın 15-dən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaq. Viza rejimi barədə bu qərar Monteneqro hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilib. Azərbaycan vətəndaşlarına münasibətdə viza rejiminin yeni qayda və şərtlərinin nədən ibarət olacağı ilə bağlı qarşı tərəfə müvafiq sorğu ünvanlanıb. Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930