Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

1-01-2026, 17:15 10 dəfə baxılıb

 Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabından paylaşım edilib.

"Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.

Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.

Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq", - başsağlığında deyilir.

Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecəyarısından sonra, təxminən saat 01:30-da "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində azı 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031