"Ermənistanla Azərbaycan ticarət üçün məhsul siyahısını mübadilə edir”

8-01-2026, 15:54 8 dəfə baxılıb

 

"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahısını mübadilə edir və nəzərdən keçirir”.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə deyib. 

“Hazırda proseslər gedir – Ermənistanla Azərbaycan alışında və yaxud satışında maraqlı olduqları məhsulların siyahısını mübadilə edirlər”, - o bildirib. 

Ermənistanın Azərbaycandan neft məhsulları alması məsələsinə gəlincə isə, Paşinyan qeyd edib ki, ilk olaraq bazar araşdırılıb və bu imkanı siyasi aksiyaya çevirməyəcək biznesmenlərə təklif ünvanlanıb. 

Xatırladaq ki, iki ölkə arasında sülh gündəliyinə uyğun olaraq 2025-ci il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031