Deputat öz yerini qızına verdi

13-01-2026, 13:22 8 dəfə baxılıb

 

Milli Məclisin deputatı Günay Ağamalı vaxtilə ona məxsus olan “Buta” körpələr evi-uşaq bağçasının qanuni təmsilçisini dəyişib.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, millət vəkili bu vəzifəni qızı Nigar Həsənovaya təhvil verib. Bu barədə məlumat Dövlət Vergi Xidmətinin portalında da yenilənib. 

Xatırladaq ki, ötən ilin noyabrında “TikTok”da deputatın qızı olduğu iddia edilən Nigar Həsənovanın boynundan xaç asaraq rəqs etdiyi görüntülər yayılmışdı. Daha sonra deputat məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, videodakı şəxsin qızına bənzərliyi olsa da, onun övladı deyil.

Qeyd edək ki, bir neçə il əvvəl G.Ağamalıya məxsus olan “Buta” körpələr evində uşağın döyülməsi ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi araşdırmalardan sonra azyaşlının döyülməsi haqda iddialar öz təsdiqini tapmamışdı. 

Bağçada təmsilçinin dəyişməsi ilə bağlı ilk məlumatı İqtisadiyyat.az yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031