Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi

14-01-2026, 17:29 9 dəfə baxılıb

 

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə təhvil verilib və hazırda İrəvana aparılırlar.

Qeyd edək ki, bu proses Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.

Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib.

Məhkumlar həmçinin Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.

Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031