Azərbaycanla İsrail arasında Anlaşma Memorandumu imzalandı

4-02-2026, 16:14 7 dəfə baxılıb

 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli İsrailə səfəri çərçivəsində “ORT Israel” məktəblər şəbəkəsinin direktoru, eləcə də İsrail İnnovasiya Agentliyinin nümayəndələri ilə görüşlər keçirib.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşlər çərçivəsində elm, texnologiya və innovasiya sahələrində yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb. 

Bununla yanaşı, nazir müavini səfər çərçivəsində aparıcı süni intellekt mərkəzlərindən biri hesab olunan Decart Süni İntellekt Laboratoriyasının fəaliyyəti və texniki infrastrukturu ilə yaxından tanış olub.

Qeyd edək ki, sözügedən laboratoriya generativ video və multimodal süni intellekt modellərinin hazırlanması sahəsində yüksək performanslı və qabaqcıl texnoloji həllər üzərində çalışır.

Həsən Həsənlinin həmçinin İsrailin innovasiya, elm və texnologiya naziri Gila Gamliel ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İsrail Dövlətinin İnnovasiya, Elm və Texnologiya Nazirliyi arasında elmi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihələrin icrası, elmi-tədqiqat layihələrinin birgə maliyyələşdirilməsi, doktorantların, alimlərin və müəllim heyətinin mübadiləsi, birgə tədbirlərin təşkili və digər sahələrdə İsrail Dövləti ilə əməkdaşlığın təşkilini nəzərdə tutur.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031