Aleksandr Beqlov Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

12-02-2024, 15:25 2 dəfə baxılıb

 

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Azerinews.az"xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə dərin ehtiramı, sevgisi və etimadını bir daha nümayiş etdirdi, milli lider kimi nüfuzunuzu təsdiq etdi.

Parlaq, qeyri-adi və uzaqgörən siyasi xadim olaraq Siz Vətəninizin tərəqqisi və firavanlığı naminə çox işlər görmüsünüz. Sizin şəxsiyyətiniz, müdrikliyiniz, böyük təcrübəniz və rəhbərlik istedadınız sayəsində bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir. Ölkənin möhtəşəm nailiyyətləri bütün dünyada səmimi heyrətlə qarşılanır.

Azərbaycanlı tərəfdaşlarla açıq və etibarlı dialoqun aparılması Sankt-Peterburqun beynəlxalq fəaliyyətinin başlıca prioritetlərindən biridir. Şəhər Hökuməti Sizin ikitərəfli münasibətlərin inkişafına şəxsən göstərdiyiniz diqqəti yüksək qiymətləndirir.

Əminəm ki, mənim rəhbərliyimlə bu ilin yazına nəzərdə tutulan Sankt-Peterburqun Azərbaycanda mədəni-işgüzar missiyası bizim dostluq və tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni perspektivli layihələrin başlanğıcı olacaqdır.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanın daha da inkişafı və respublikanın sakinlərinin rifahı naminə yeni-yeni nailiyyətlər diləyirəm.

Sizi Neva sahillərindəki şəhərdə görməyə həmişə şadam”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930