Konqo dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

15-02-2024, 11:40 3 dəfə baxılıb

 

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Azerinews.az" xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Seçkilərdə inamlı qələbəniz, yenidən Prezident seçilməyiniz münasibətilə Konqo xalqı və dövləti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Bu baxımdan, ölkələrimiz üçün faydalı maraqlara uyğun olaraq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm.

Sizə uzun ömür, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930