Seneqal Prezidenti Makki Sallı Bakıya səfərə gələcək

19-02-2024, 12:42 4 dəfə baxılıb

Seneqal Prezidenti Makki Sallı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya səfərə gələcək.

Bunu “Report”un Ankara bürosuna müsahibəsində Seneqalın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyen bildirib.

“Keçən ay etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən zaman Seneqalın dövlət başçısı Makki Sallını COP29-da iştirak üçün Bakıya dəvət etdi. Mən də bunu çatdırdım. Seneqal prezidenti dəvəti qəbul edib və Azərbaycana səfər edəcəyini bildirib”, - diplomat vurğulayıb.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930