Çandrikapersad Santoki Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21-02-2024, 13:38 3 dəfə baxılıb

Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azerinews.az"  xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Tarixi hadisə - yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Bu qələbə Prezident vəzifəsində fəaliyyət göstərdiyiniz müddətdə möhtəşəm liderliyinizin təkcə Azərbaycanda deyil, həm də dünyada qəbul olunmasının bariz təzahürüdür.

Surinam Respublikası ikitərəfli və çoxtərəfli əlaqələri yüksək qiymətləndirir, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün səylərimizi artırmağı səbirsizliklə gözləyir.

Bu baxımdan mən əminəm ki, qarşıdan gələn COP29-a ev sahibliyi edən Azərbaycan konfransın uğurla keçirilməsi üçün bütün lazımi tədbirləri görür.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə Surinam Respublikasının Hökuməti və xalqı adından möhkəm cansağlığı arzulayır, yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031