Yuri Qusev Azərbaycana səfir təyin edildi

22-02-2024, 22:44 43 dəfə baxılıb

 Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Azərbaycana yeni səfir təyin edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

Qeyd edək ki, Yuri Qusev Ukrayna Müdafiə Nazirliyində, müxtəlif dövlət orqanlarında işləyib və Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. O, 2020-ci ilin dekabrında “Ukroboronprom”un direktoru olub.

İyun ayında Ukrayna Prezidenti “Ukroboronprom” Dövlət Konserninin baş direktoru Yuri Qusevi vəzifəsindən azad edib.

Xatırladaq ki, bu təyinatadək Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi idi. O, bu posta 2019-cu ildə təyinat almışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031