Nazirliyin əsasnaməsində dəyişiklik edildi

2-03-2024, 18:10 5 dəfə baxılıb

 Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Azerinews.az” xəbər verir ki, fərmana əsasən, əsasnamənin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılıb.

Qeyd edək ki, əsasnamənin 5.8-ci bəndində nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılması nəzərdə tutulurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930