Parlament Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsini təsdiqlədi

5-03-2024, 14:53 5 dəfə baxılıb

 Milli Məclis Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi təklifini təsdiqləyib.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, dəyişikliklə Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930