“Azərbaycan diplomatlarının tezliklə İrana qayıtması razılaşdırılıb”

6-03-2024, 10:22 7 dəfə baxılıb

 

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub”.

“Azerinews.az” “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir AbdullaCiddə şəhərində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Həmkarımla görüşdə Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticələrini müzakirə etdik. Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin tezliklə İrana göndərilməsi ilə bağlı tədbirlər görülməsi barədə razılıq əldə etdik”, - deyə İranın XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, nazirlər arasında görüş C.Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində baş tutub. Azərbaycan XİN-in görüşlə bağlı yaydığı məlumata görə, tərəflər bir sıra məsələlərlə yanaşı Azərbaycan Səfirliyində terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar atılması barədə fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930