Azərbaycanın Fransadakı səfirliyi həmyerlilərimizə müraciət edib

19-03-2024, 11:54 121 dəfə baxılıb

Azərbaycanın Fransadakı səfirliyinin Konsulluq şöbəsi bu ölkədə yaşayan həmyerlilərimizə səyyar konsulluq xidmətləri göstərəcək.

“Azerinews.az" bildirir ki, şöbə aprel-iyun aylarında Fransanın Bordo, Tuluza, Strasburq, Nitsa, Puatye, Kayen, Le-Man, Metz şəhərlərində səyyar konsulluq xidmətləri həyata keçirməyi planlaşdırır.

Xidmətlərə ümumvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq məsələləri üzrə məsləhətlər daxildir.

Səyyar konsulluq xidmətlərinin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan vətəndaşlarının ehtiyaclarını öncədən öyrənmək üçün tədbirlərə başlanılıb.

Konsulluq adı çəkilən şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarına elektron poçt vasitəsilə öz təkliflərini ünvanlamaq üçün müraciət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031