Azad edilən bir neçə rayonda avtomat meteoroloji stansiyalar quraşdırılacaq

23-03-2024, 13:43 101 dəfə baxılıb

2025-ci ildə işğaldan azad edilən bir neçə rayonda avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, Laçın, Qubadlı, Ağdərə, Xocavənd rayonlarında, eləcə də Xankəndi şəhərində daha beş ədəd müasir standartlara cavab verən avtomat meteoroloji stansiyaların da quraşdırılması planlaşdırılıb:

"Şuşa şəhərində də bir dəst dopler radar sisteminin quraşdırılması nəzərdə tutulur. Bundan başqa, Füzuli rayonu ərazisində cari ildə yeni aeroloji stansiyanın quraşdırılmasına hazırlaşırıq. Ümumilikdə isə ölkə üzrə 2019-2023-cü illər ərzində müasir standartlara cavab verən iki dəst dopler radar, dörd dəst dəniz hidrometeoroloji və 40 ədəd avtomat hidroloji, həmçinin 17 ədəd avtomat meteoroloji stansiyalar qurulub",- deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930