Sumqayıtda qanunsuz tikili sökülüb

28-03-2024, 16:07 85 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sumqayıtda qanunsuz tikilini söküb.

"Azerinews.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

https://youtu.be/DFPqiwMCCFQ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930