Zakir Həsənov Haluk Görgünlə görüşdü - FOTO

2-04-2024, 17:20 115 dəfə baxılıb

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

"Azerinews.az"Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.

Cənab H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.

 

Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcının və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930