Xankəndi Məhkəməsinə sədr təyin olunan İlkin Abdullayev kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
"Azerinews.az" xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.
Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
Təyinata qədər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.