Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab göndərdi
Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı son təkliflərinə cavab verib.
"Azerinews.az” “Sputnik Ermənistan” a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, söhbət sülh müqaviləsi layihəsi üçün 8-ci təkliflər paketindən gedir.