Mikayıl Cabbarov Rusiya Mərkəzi Bankının sədri ilə görüşüb

9-04-2024, 13:23 128 dəfə baxılıb

 Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ikitərəfli ticari-iqtisadi əməkdaşlığı müzakirə etmək üçün Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Mikayıl Cabbarov görüş çərçivəsində Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov və Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə görüşüb.

Danışıqlar barədə məlumatı Rusiya Federasiyası Mərkəzi Bankının və Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətləri yayıb.

Azərbaycanın iqtisadiyyat naziri və Mərkəzi Bankın rəhbəri hər iki ölkədəki iqtisadi vəziyyət barədə danışıb, ikitərəfli ticari-iqtisadi əlaqələri müzakirə edib, Rusiya-Azərbaycan maliyyə gündəliyinin bəzi aspektlərinə toxunublar.

Mənbə: Cbr.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930