Bu gün Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq

15-04-2024, 11:31 116 dəfə baxılıb

 

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.

“Azerinews.az” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” hesabında qeyd edib.

“Beynəlxalq Ədalət Məhkəməsi İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə ölkəmiz tərəfindən qaldırılan ilkin etirazlara dair ictimai dinləmələr keçirəcək. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir”, - A.Hacızadə bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930