Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

19-04-2024, 13:12 104 dəfə baxılıb

 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.

"Azerinews.az" ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edilib ki, "Media haqqında" qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930