Qırğızıstan Prezidenti Azərbaycanla bağlı sənədi İMZALADI

22-04-2024, 14:29 104 dəfə baxılıb

 Qırğızıstan Prezidenti Sadır Japarov “Qırğız Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan-Qırğızıstan İnkişaf Fondu arasında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Qırğızıstan Respublikası ərazisində qalma şərtləri haqqında” Sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

 "Azerinews.az" xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 Bildirilib ki, bu qanunun məqsədi ölkədə inkişaf fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmaqdır.

Sənəddə qeyd olunub ki, fondun Qırğızıstan vətəndaşı olmayan vəzifəli şəxsləri və əməkdaşları müvafiq rütbəli diplomatik nümayəndələrə verilən güzəşt və imtiyazlardan istifadə edirlər.

 Xatırladaq ki, fondun yaradılması ilə bağlı razılıq Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Qırğızıstana dövlət səfəri zamanı əldə olunub.

 Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031