XİN Malayziyaya başsağlığı verdi

23-04-2024, 14:17 130 dəfə baxılıb

 Azərbaycan Xarici İşlər Nazirliyi Malayziyada Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində insan tələfatının olması ilə bağlı bu ölkəyə başsağlığı verib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib:

“Malayziyada Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması xəbəri bizi dərindən kədərləndirdi. Bu dəhşətli faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu çətin anda dost Malayziya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk”.

Qeyd edək ki, Malayziyanın Lumut şəhərində paradla bağlı təlim uçuşu həyata keçirən iki helikopter toqquşub. Hadisə nəticəsində 10 nəfər həlak olub. Dünyasını dəyişənlərin hamısı ekipaj üzvləri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031