XİN rəhbərlərinin Qazaxıstan görüşünün tarixi razılaşdırılır

26-04-2024, 11:15 125 dəfə baxılıb

 “Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün mümkün tarixi ilə bağlı razılıq əldə olunduqda ictimaiyyətə açıqlanacaq”.

“Azerinews.az” xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq” radiosunun erməni seqmentinə açıqlamasına deyib. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Qazaxıstanda baş tuta biləcəyini açıqlayıb: “Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031