COP29-da Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıb

2-05-2024, 14:42 118 dəfə baxılıb

 

COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib və xüsusi işçi qrup yaradılıb.

“Azerinews.az” xəbər verir ki, bunu Prezidenti İlham Əliyevlə görüşdə BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.

Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini deyən Selvin Çarlz Hart ölkəmizin təbii resurslardan əldə etdiyi gəlirləri effektiv şəkildə idarə etməsinin və sosial-iqtisadi inkişafa sərf etməsinin uğurlu nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan, eyni zamanda, bu sahədə əldə etdiyi gəlirləri yaşıl enerji gündəliyinə də sərf edərək çox mühüm nümunə yaradır. Qonaq bu prosesdə BMT-nin Azərbaycana dəstəyini bir daha ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031