Ramin Məmmədov deputat mandatından məhrum edildi

2-05-2024, 17:13 115 dəfə baxılıb

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 

“Azerinews.az” xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. 

Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli Sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. R. Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031