Macarıstan Ermənistan-Azərbaycanın razılaşmalarını alqşıladı
Macarıstan Ermənistan və Azərbaycanın sülh istiqamətində atdığı mühüm addımları alqışlayır.
"Azerinews.az" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Ermənistanın xarici işlər naziri Ararat Mirzyanla birgə mətbuat konfransında deyib.
“Əgər dinc vasitələr tapmasaq, dünya tezliklə üçüncü dünya müharibəsinə yaxınlaşacaq. Təəssüflər olsun ki, Qafqaz regionu son illər bölgə sakinlərinə əziyyət verən münaqişələrin şahidi olub. Məqsədimiz sülhü təşviq etməkdir. Bu, Cənubi Qafqaza da aiddir. Biz regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistan və Azərbaycanın sülh istiqamətində atdığı mühüm addımları alqışlayırıq. Macarıstan sülh səylərinə töhfə vermək istərdi”, - deyə nazir vurğulayıb.
O xatırladıb ki, uzun fasilədən sonra Ermənistan və Macarıstan diplomatik münasibətləri bərpa etməyə çalışaraq, ötən il iqtisadi əlaqələrin inkişafı istiqamətində addımlar atıblar. Bunun nəticəsində iqtisadi əməkdaşlıq haqqında saziş və proqram imzalanıb, işçi qrup yaradılacaq. Onun vəzifəsi iqtisadi əlaqələrin inkişafını sürətləndirmək olacaq. Artıq iyul ayından paytaxtlar arasında birbaşa uçuşlar təşkil olunacaq.