Rəsmi Bakı Ermənistanla sülh üçün şərtləri AÇIQLADI
Mən bu gün regiondakı post-münaqişə reallıqları barədə ATƏT sədrinə məlumat verdim.
"Azerinews.az" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqların olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”, – nazir əlavə edib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında son zamanlarda baş verən müsbət inkişafı tarixi nəticə adlandırmaq olar.
“Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib”, - Ceyhun Bayramov deyib.
Nazir onu da bildirib ki, bu, prosesin digər effekti ondan ibarətdir ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnaldır: “Ümidvarıq ki, işlər müsbət məcrada davam edəcək”.
XİN başçısı qeyd edib ki, Münhendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb: "Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”.
Ceyhun Bayramov Ermənistanlıa süşh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb: “Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra gündəmə danışıqlar üçün yenidən gətiriləsi məsələlər qalmayan bir sənəd olmalıdır”, - nazir bəyan edib.