Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edildi

15-05-2024, 16:06 143 dəfə baxılıb

 

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.

 Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 Bildirilib ki, Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən "IDEB 2024" beynəlxalq sərgisində iştirak edir.

 Sərgidə A.Qurbanov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031