Əziz Sancar Azərbaycana gələcək

16-05-2024, 11:43 123 dəfə baxılıb

 

Əziz Sancar Azərbaycana gələcək

Əziz Sancar Azərbaycana gələcək
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar may ayının 30-da Azərbaycana gələcək.

 "Azerinews.az" xəbər verir ki, bu barədə AMEA prezidenti akademik İsa Həbibbəyli məlumat verib.

 Məlumata görə, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

 Qeyd edilib ki, Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycana səfəri iyun ayının 6-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031